İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna əks-hücumu buna görə çətinləşir - SƏBƏBLƏR

Rusiyanın elektron döyüş texnikası Ukrayna qoşunlarının Zaporojye istiqamətində əks-hücum keçirməsinə mane olan əsas amildir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Vaşinqton mərkəzli Müharibələrin Tədqiqi İnstitutunun (ISW) analitikləri belə bir qənaətə gəliblər.

İnstitutun hesabatında yazıldığına görə, Rusiyanın elektron müharibə sistemləri Ukrayna qüvvələrinin GPS koordinatları ilə idarə olunan dəqiq idarə olunan hərbi sursatlardan istifadə etməsinə mane olur və Ukraynanın radio rabitəsini ciddi şəkildə pozur.

ISW-nin təsbitlərinə əsasən, Rusiya ordusu Ukraynanın hava kəşfiyyat texnikasının sensorlarını sıradan çıxarmaq üçün “Murmansk-BN” elektron müharibə sistemlərindən, 300 km-lik radiusda peyk siqnalları ilə rabitəni kəsmək üçün isə “Krasuxa-4” elektron döyüş sistemlərindən istifadə edir.

Qeyd edək ki, ISW mütəxəssiləri elə əvvəllər də Rusiyanın radioelektron vasitələrinin Ukraynanın Zaporojye istiqamətində əks-hücumlarını çətinləşdirmək üçün vacib amil olduğunu vurğulamışdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR