İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Rusiya regionlarında: Rostovda dəmiryolunun hərəkəti dayandı  

Ukraynanın dron zərbələri Rusiyanın Rostov vilayətində dəmir yolunda hərəkətin dayandırılmasına səbəb olub.

Musavat.com xəbər verir ki, məlumaı Rusiya Dəmir Yolları öz Telegram kanalında yayıb.

Bildirilir ki, dəmiryolunun Lixaya - Zamçalovo hissəsinə PUA qalıqlarının düşməsi nəticəsində təmas şəbəkəsinə ziyan dəydiyi üçün 50-dən çox uzaqməsafəli qatar gecikib. Bundan əlavə, bir sıra şəhərətrafı qatarların hərəkəti dayandırılıb. Sərnişinlər su ilə təmin edilib. Dörd saatdan çox gecikən qatarlarda yemək verməyə başlayıblar.

Bundan əvvəl Taqanroq və Qukovo sakinləri partlayışlar barədə məlumat vermişdilər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın regionları üzərində, o cümlədən 16-sı Moskva vilayəti üzərində 71 Ukrayna pilotsuz uçan aparatını məhv edib və ələ keçirib: “Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 71 pilotsuz uçuş aparatını məhv edib: 24-ü Rostov vilayəti ərazisi, 16-sı Moskva vilayəti ərazisi, o cümlədən 13-ü Moskvaya uçan, 11-i Bryansk vilayəti, 10-u Kaluqa vilayəti, 2-si Kursk vilayəti üzərində, Oryol, Tula və Lipetsk vilayətlərinin hər biri üzərində 2-si, Krasnodar vilayətinin ərazisi üzərində isə 1 PUA”.

Rusiya tərəfi adətən hədəfə çatan dronların sayını açıqlamır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR