İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dövlətindən yerli kilsəyə ultimatum: “Şeytan” Putindən uzaqlaş

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna Pravoslav Kilsəsini ya Moskva Patriarxlığı ilə bağlılığını rəsmən tanımağa, ya da onunla bütün əlaqələri kəsməyə, xüsusən də Rusiya prezidenti Vladimir Putini və Patriarx Kirilli pisləməyə çağırıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Danilov Kiyev-Peçersk Lavrasının mitropoliti Pavelin prezident Vladimir Zelenskiyə müraciətinə də toxunub.

Həmin müraciətdə ukraynalı din adamı dövlət qurumlarının kilsələrə ayrılan yerlərin onların əlindən alınmamasını istəyib.

Qeyd edək ki, Ukrayna məhkəməsi Ukrayna Pravoslav Kilsəsindən ruslarla bütün bağların qoparılmasını nəzərdə tutan qərar qəbul edib.

“Əgər siz Moskva Patriarxlığına mənsub olduğunuzu, Rusiya ərazisində rus əsgərlərinin bizi öldürməsi üçün dua edən, üstəlik, qətlə görə bizə xeyir-dua verən insanlarla əlaqənizi gizlədirsinizsə, o zaman ukraynalıların gözlərinə necə baxa bilərsiniz?” - deyə Danilov UPK nümayəndələrinə müraciət edib.

“Əgər sizin Rusiya Federasiyası ilə heç bir əlaqəniz yoxdursa, rəsmi şəkildə rədd edin, deyin ki, Putin şeytandır” - deyə Danilov ukraynalı din xadimlərindən Patriarx Kirilli də “şeytan” kimi tanımağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR