İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna DİN-dən ŞOK AÇIQLAMA: "Putinin Priqojini öldürməkdən başqa yolu yoxdur"

Rusiya Prezidenti Vladimir Putin üçün “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojini fiziki olaraq aradan qaldırmaqdan başqa yol qalmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Anton Gereşenko telegram kanalında yazıb.

Onun sözlərinə görə, V.Priqojinin həbsi mümkün deyil: “Çünki, bu, daha çox problem yarada bilər”.

A.Gereşenko qeyd edib ki, V.Putin kompromislərlə kifayətlənməyəcək: “O, qiyamı yatırtmağa çalışacaq”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR