Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna cəbhəsində yaralanan Rusiyanın tanınmış vəkili, Azərbaycan kökənli Elman Paşayevdən xəbər var.
Vəkilin yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, Elman Paşayev yaralansa da, həyati təhlükəsi yoxdur. Hazırda intensiv müalicə altındadır. Danışmaq və məlumat paylaşmaq imkanları var.
Qeyd edək ki, vəkil Rusiya tərəfindən öncə cəbhə xəttinə humanitar yardımların daşınması, daha sonra isə döyüşən heyətə qoşularaq ön cəbhədə vuruşması ilə diqqəti cəlb edib.
Musavat.com-a daxil olan özəl məlumata görə, Elman Paşayev 7-8 ay öncə döyüşlərə qatılıb, lakin bunu ailəsindən belə gizli saxlayıb.
FOTODA Elman Paşayev
Allah şəfa versin!
Ən sonda Elman Paşayevin bir zamanlar TV Musavat-a verdiyi müsahibəsini təqdim edirik.
Kimlərdəsə onun barəsində suallar yaranırsa, bu videoparça həmin suallara cavab tapmağa yardım edə bilər.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ