İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna büdcəsinin kəsiri 39 milyard dollar olacaq

Ukrayna hökuməti gələn ilin dövlət büdcəsi layihəsini 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsirlə təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin baş naziri Denis Şmıqal açıqlayıb.

Onun Telegram kanalında yazdığına görə, büdcə gəlirləri 2 trilyon qrivna (48,35 milyard dollar), büdcə xərcləri 3,6 trilyon qrivna (87,03 milyard dollar) nəzərdə tutulur:

“Bu büdcənin prioriteti çox aydındır - müdafiə və ölkəmizin təhlükəsizliyi. Biz yenə də bütün daxili resursları bu məqsədlərə yönəldəcəyik”.

Sənədə Ali Radada baxılmalıdır. Bu arada vergilərin artırılması ilə bağlı daha bir qanun layihəsi parlamentə təqdim olunub. Deputat Yaroslav Jeleznyakın Teleqram kanalında yazdığına görə, təşəbbüs müəllifləri yenidən hərbi verginin 1,5 faizdən 5,0 faizə qaldırılmasını, fərdi sahibkarların vergisini artırmağı və maliyyə institutlarının mənfəətinə 25 faiz vergi dərəcəsi təyin etməyi təklif edirlər. Bu tədbirlər büdcəyə 30 milyard qrivna (723,8 milyon dollar), bankların mənfəətinin vergiyə cəlb edilməsi ilə bağlı bənd qəbul ediləcəyi təqdirdə isə 57 milyard qrivna (1,4 milyard dollar) gəlir gətirəcvək.

Bundan başqa, Beynəlxalq Valyuta Fondu missiyasının ekspertləri əlavə dəyər vergisinin 2 faiz bəndi artırılmasını tələb edirlər. Missiyanın yekunlarından sonra Ukrayna Milli Bankının sədri Andrey Pışnı məlumat verib ki, fondun ekspertləri 2025-ci ilin büdcəsinin maliyyələşdirilməsi mənbələrinə ciddi diqqət yetirib və belə qənaətə gəliblər ki, Ukrayna daxili resursları toplamaq üçün ciddi iş görməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR