İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna bir raket atmadan rus təyyarəsini məhv etdi

Ukrayna hərbçiləri “Buk M1” zenit-raket kompleksinin köməyi ilə bir raket belə atmadan Rusiya təyyarəsini məhv edib.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Buk M1” raket batareyasının komandiri Yaroslav Melnik deyib.

“Bir raket belə atmadan təyyarəni vurduq. Hədəfi müəyyən etdik. İşıqlandırma radarını işə saldıq. Bu zaman rusiyalı pilot kabinəsində radarın onu müəyyən etməsi ilə bağlı səsli mesaj gəldi. O, hədəfə çevrildiyini anladı. Görünür, bu, pilota o qədər təsir edib ki, dərhal katapult edib. Təyyarə yerə çırpıldı”, - deyə o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR