İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna: bir ilin dağıntıları

Rusiya Ukraynada 2022-ci il fevralın 24-dən apardığı total müharibədə ölkənin 81 mindən çox mülki obyektini xaraba qoyub. Novator.az-ın məlumatına görə, hesabatı açıqlayan baş prokuror Andrey Kostin deyib ki, il ərzində 62 min 229 yaşayış evi, 2309 təhsil və təlim-tərbiyə müəssisəsi, 97 dini icma binası, 462 tibb müəssisəsi və digər obyekt ya tam dağılıb, ya da ciddi ziyan görüb.

Andrey Kostin işğalçı ordunun Ukraynanın 4 min 40 infrastruktur şəbəkəsini – qaz, su və işıq xətlərini sıradan çıxardığını əlavə edib.

Baş prokuror həmçinin deyib ki, Rusiyanın təcavüzü Ukraynanın ekologiyasına 46 milyard ABŞ dolları həcmində ziyan vurub.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR