Onlayn ictimai-siyasi qəzet
Almaniya Ukraynaya daha əvvəl bildirildiyi kimi bir əvəzinə Bundesverdə belə olmayan dörd “IRIS-T” hava hücumundan müdafiə sistemi verəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat yayılıb.
Bundan başqa, almanlar zirehli təmir maşınları üçün 40 mm çaplı 30 min patron və 24 MG3 pulemyotunu təhvil verməyə hazırlaşırlar.
Həmçinin Almaniya hökuməti ağır silahların daşınması üçün 10 körpü sistemi, üç orta körpü sistemi və 90 ağır qoşqunu Ukraynaya təqdim edəcək.
Qeyd edək ki, daha öncə Almaniyanın Ukraynadakı səfiri Anka Feldhuzen “IRIS-T hava hücumundan müdafiə sistemlərinin xüsusi olaraq Ukrayna üçün istehsal olunduğunu və hətta Almaniya ordusunun özündə belə bu silahlardan olmadığını söyləmişdi.
Xanım Feldhuzen həmçinin rəsmi Kiyevə Berlinlə döyüş tanklarının tədarükü ilə bağlı danışıqları davam etdirməyi tövsiyə edib.
Musavat.com
15 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ