İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna azərbaycanlıları 8 Noyabr - Zəfər Gününü BELƏ QEYD EDİB - FOTOLAR

Bu gün "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatı 8 noyabr Zəfər bayramı münasibətilə "Azərbaycan evi"ndə tədbir keçirib.

Bu barədə Musavat.com-a təşkilatının sədr müavini, "Yeni Müsavat"ın Ukrayna təmsilçisi Anar Natiqoglu məlumat verib.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra himn oxunub.

Tədbirdə iştirak edən Odessa müsəlman cəmiyyətinin təmsilçisi, əslən çeçen olan Şeyx İlyas, Birinci Qarabağ savası qazisi İlqar Quliyev, diaspor fəalı, tanınmış hüquqşünas Aydın Əliyev, iş adamları Cəlil Astanov, Ayaz Əliyev, Əbülfət Əliyev, Vüqar Osmanlı, Elxan Əbilov, təşkilatı Odessa könüllülər qərargahında uğurla təmsil edən Fazil Əsgərov, Firon Pirverdiyev, Arzu Məmmədov və başqaları şəhidlərimizin xatirəsinə dualar oxuyub, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi münasibətilə xalqımızı təbrik ediblər.

Hazırda Azərbaycanda olan təşkilatın sədri Rövşən Quliyev whatsapp bağlantısı ilə tədbir iştirakçılarına təşəkkür edib.

Təşkilat sədrinin müavini Anar Natiqoglu Ukraynanın Rusiya imperiyası tərəfindən işğala və ərazi bütövlüyünə qəsdə məruz qaldığına, Ukrayna ilə Azərbaycanın, demək olar ki, ortaq dərtlərə sahib olduğuna diqqət çəkib.

Yekunda hər kəs yaxın dönəmdə Ukraynanın ərazi bütovlüyünün tam bərpası ilə bağlı arzularını dilə gətirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR