İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Avstriyadan anti-dron vasitələr, yanğınsöndürən və təcili yardım maşınları istəyib

Ukrayna Avstriyadan düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə və minalardan təmizləmə üçün vasitələr, həmçinin yanğınsöndürən və təcili tibbi yardım maşınları istəyib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi brifinqdə bildirib.

“Ukrayna Avstriyadan başqa nəsə ala bilərmi? Biz bu barədə cənab prezidentlə danışdıq. Qış hələ bitməyib, ona görə də enerji dəstəyinə, generatorlarla dəstəyə ehtiyacımız var”, - o deyib.

Bundan əlavə, V.Zelenski və A.Van der Bellen Ukraynaya təcili tibbi yardım maşınlarının verilməsini müzakirə ediblər.

“Bu gün biz ondan danışdıq ki, hazırda bizə sürətli sıçrayış lazımdır – işğaldan azad olunan, çatışmazlıq yaşanan rayonlara göndərmək üçün 400-500 təcili tibbi yardım maşınına ehtiyacımız var. Bu, böyük rəqəmdir və bu, tez bir zamanda həll edilməlidir”, - V.Zelenski söyləyib.

Ukrayna prezidentinin sözlərinə görə, eyni şey yanğınsöndürən maşınlara, həmçinin minalardan təmizləmə məsələsinə də aiddir.

O xüsusilə vurğulayıb ki, hazırda Ukraynanın əhəmiyyətli ərazisi minalardan təmizlənməlidir və ukraynalılar təkcə cəbhədə deyil, həm də azad edilmiş ərazilərdə ölürlər.

Bundan əlavə, Ukrayna dövlət başçısı ölkəsinin düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün vasitələrə ehtiyac duyduğunu vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR