Onlayn ictimai-siyasi qəzet
Kiyev zədələnmiş enerji infrastrukturunun bərpası üçün Vaşinqtondan 800 milyon dollar yardım almağa ümid edir.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko deyib.
Qeyd olunub ki, Ukrayna tərəfi ABŞ-a enerji sisteminin təmiri üçün lazım olan avadanlıqların siyahısını da təqdim edib.
Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simsonun sözlərinə görə, Ukrayna 9 giqavat elektrik enerjisi istehsal gücünü itirib ki, bu da qışdan sağ çıxmaq üçün lazım olanın yarısıdır.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ