Onlayn ictimai-siyasi qəzet
Mayın 17-nə keçən gecə Ukrayna Rusiyan ərazisinə kütləvi dron hücumu həyata keçirib.
Musavat.com hər iki ölkənin mətbuatına istinadən xəbər verir ki, dronların əsas hədəfləri Novorossiysk (RF) və Tuapsedə neft terminal və bazaları, Krımda isə enerji obyektləri olub. Novorossiyskdə pilotsuz təyyarələr ən azı 2 neft anbarı və 2 terminalını vurub.
Bu barədə ASTRA öz mənbələrinə istinadən xəbər verir. Məlumatda qeyd olunur kii, gecə hücumu nəticəsində Novorossiysk mazut terminalı və “İmportpischeprom” terminalı zədələnib, onların ərazisində pilotsuz uçuş aparatları iki yanacaq çənini vurub.
Bundan əlavə, ASTRA-nın məlumatına görə, Kirillovka kəndindəki “Qazprom” neft bazasına və “Transneft”in Qruşovaya Balka neft bazasına da zərbə endirilib.
Yerli hakimiyyət rəsmi olaraq Novorossiysk şəhərində on Ukrayna pilotsuz təyyarəsinin, 7-8 dəniz pilotsuz katerinin vurulduğunu və hücumun özünün uğursuz olduğunu iddia edib. Eyni zamanda “hərbi müxbirlər” zərbələri təsdiqləyiblər, sakinlər limanın elektriksiz qaldığını, səhər isə onlara evlərini tərk etmək qadağan edildiyini bildiriblər. Şəhər rəhbərliyi bir neçə saat ərzində məktəb və uşaq bağçalarında, ictimai nəqliyyatda fəaliyyətin dayandırıldığını açıqlayıbn. Daha sonra Rusiya Müdafiə Nazirliyi bir gecədə bölgədə 44 PUA-nın vurulduğunu bildirib.
Baza Telegram kanalının məlumatına görə, mayın 17-nə keçən gecə bir neçə Novorossiysk neft bazasına birdən hücum edilib: “Pilotsuz uçan aparatların düşməsi nəticəsində bir neçə müəssisənin, o cümlədən neft terminalının ərazisində yanğın başlayıb”.
UNİAN-ın məlumatına görə, mayın 17-nə keçən gecə pilotsuz təyyarələr Rusiyanın Tuapse şəhərində (Krasnodar diyarı) neft emalı zavodunu vurub. Obyektdə yanğın olub. Yerli sakinlərin sözlərinə görə, neftayırma zavodunu alov və tüstü bürüyüb. Eyni zamanda, yerli operativ qərargahın nümayəndələri iddia edirlər ki, bu, sadəcə, zavodun ərazisində pilotsuz təyyarənin “düşməsi nəticəsində baş verən alışma”dır.
Krımda pilotsuz təyyarələr Sevastopola hücum edib. Rusiyanın Sevastopol qubernatoru Mixail Razvoşayev bildirib ki, vurulan pilotsuz təyyarələrin dağıntıları Sevastopol elektrik yarımstansiyasına ziyan vurub və nəticədə şəhər qismən işıqsız qalıb. Qurum rəsmisinin sözlərinə görə, yarımstansiyanın tam bərpasına təxminən bir gün vaxt lazım olduğundan, şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Hücuma görə hakimiyyət Sevastopoldakı bütün məktəb və uşaq bağçalarında dərsləri ləğv etmək qərarına gəlib. Razvojaev bildirir ki, hücum nəticəsində itki yoxdur.
Qeyd edək ki, bir gün əvvəlki gecə Krımdakı Belbek aviabazasının Ukrayna tərəfindən bombalanmasının nəticələri məlum olub. Peyk fotoları ilə dəqiqləşib ki, raket hücumu nəticəsində Rusiya ordusuna məxsus 2 ədəd MiQ-31 ("Kinjal" daşıyıcısı) təyyarəsi, 1 ədəd MiQ-29 təyyarəsi, 1 ədəd Su-27 təyyarəsi, S-400 ZRK (radarı ilə bərabər) və yanacaq anbarı məhv edilib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ