Onlayn ictimai-siyasi qəzet
"NTV"də yayımlanan "Empati" verilişinin növbəti qonağı türk aktrisa Hande Ataizi olub.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, aktrisa özündən 20 yaş kiçik sevgilisi Dinç Aydoğdu ilə münasibətdə olması ilə bağlı suala belə reaksiya verib:
"Əsas məni xoşbəxt etsin. Yoxsa ki, keçmiş həyat yoldaşım və ya başqa nəsə, hamının qaranlıq bir keçmişi var. Belə daha yaxşıdır. Məndən 20 yaş böyük olsaydı, onunla yaşaya bilməzdim. Xoşbəxt olmaq istəyirəm. Hələ də ümidləri bitməmiş, xəyalları olan birindən eşitdiklərim yalan belə olsa, uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır. Bu cür düşünürəm və nə yaxşı ki, belə bir qərar almışam".
Qeyd edək ki, Hande son olaraq final edən "Taş kağıt makas" serialında rol alıb.
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ