Onlayn ictimai-siyasi qəzet
Braziliyada hava limanında fövqəladə hadisə baş verib. Sərnişinləri mindirmək üçün hazırlanan "British Airways" təyyarələrindən birinə ildırım düşüb.
Hadisə Braziliyanın cənubundakı San Paulo-Quarulhos hava limanında baş verib.
Bildirilib ki, ərazidə tufan qopub, bu da uçuşların dayandırılmasına səbəb olub.
"Pəncərədən baxanda aydın idi ki, aerodromun yaxınlığında ildırım çaxır, ona görə də təyyarəmizin kadrda olmasının yaxşı olacağını düşünərək şəkil çəkdirməyə getdim. Bəxtim gətirdi və zərbə düz bizim qarşımızda baş verdi", - deyə videonun müəllifi Bernhard Uarr bildirib.
Ölkənin Milli Hava Xidmətinin məlumatına görə, videodakı kimi kommersiya təyyarələrini orta hesabla ildə bir və ya iki dəfə ildırım vurur.
Qeyd olunub ki, təyyarələr ildırım çaxmasına tab gətirəcək şəkildə layihələndirilib və tikilib. Lakin ildırım vurduqdan sonra təyyarələr məcburi yoxlamaya göndərilir ki, bu da uçuşu gecikdirə bilər./BAKU.WS
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ