İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü "TOGG" Özbəkistan prezidentinə təhvil verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şevkət Mirziyoyevə Türkiyə istehsalı olan "TOGG" elektrik avtomobilini hədiyyə edib.

Musavat.com xəbər verir ki, bu barədə "ÖzbekistanHaber" məlumat yayıb. Bununla da indiyə qədər "TOGG" avtomobilinə üç prezident sahib olub. 

Türkiyə istehsalı olan bu avtomobili ilk əldə edən Rəcəb Tayyib Ərdoğan olub. Türkiyə Prezidenti ikinci "TOGG"-u Azərbaycan Prezidenti İlham Əliyevə, üçüncünü isə Şevkət Mirziyoyevə hədiyyə edib. 

Qeyd edək ki, ilk avtomobili Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Ankara Beştepedəki Prezident Külliyesində sınaqdan keçirmişdi.

 

Musavat.com

 942bbb63-5950-4859-9cd0-de9ae602e418.jpg (119 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR