İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü, hətta dördüncü dövlətlərin bizə qarşı təhdidlərinə cavab verməliyik  

"Bəzi provokativ qüvvələrin Türkiyə-Azərbaycan ikitərəfli əlaqələrinə hər hansı ziyan verə bilməz, amma çevik hərəkət edib, müvafiq cavablar verməliyik. Bütün məsələlər həssasdır. Türkiyə daxilində üçüncü dövlətlərə xidmət edən şəxslər var".

Musavat.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında bildirib.

F.Şəfiyev diqqətə çatdırıb ki, son 15-20 il ərzində üçtərəfli görüşlər geosiyasi formata çevrilib: “Azərbaycanın ətrafında olan təhdidlər Azərbaycan, Türkiyə və Pakistanı, xüsusilə təhlükəsizlik əlaqələrini gücləndirməyə vadar edir. Laçında keçirilən görüş simvolik xarakter daşıyırdı. Buna qarşı çıxan bəzi qüvvələr olsa da, bu formatın gələcəyi var. Azərbaycan-Türkiyə-Pakistan əlaqələndirmə mexanizminin yaradılması düşünülür.
Üçüncü, hətta dördüncü dövlətlərin bizə qarşı təhdidlərinə cavab vemrəliyik”.

F.Şəfiyev vurğulayıb ki, transregional sərhəd zonasında yerləşən çaylarla bağlı məsələlər də müzakirə oluna bilər:

“Ermənistan tərəfindən çaylar çirkləndirilir. Pakistan da bu problemdən əziyyət çəkir. Bu baxımdan üç ölkə formatı inkişaf etdiriləcək”.

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR