Onlayn ictimai-siyasi qəzet
Üçaylıq körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əliyeva məlumat verib.
O bildirib ki, övladı vaxtından öncə doğulduğu üçün küvəzə qoyulub:
"Övladım Məhəmmədəli yanvarın 2-də özəl klinikalardan birində dünyaya gəlib. Hamiləliyimin son dövrləri çox ağır şəkildə qrip oldum. Ona görə də uşağı vaxtından əvvəl əməliyyatla götürməli oldular. Ciyəri tam açılmadığı üçün bir müddət küvəzdə qaldı. Daha sonra evə çıxdıq. Onun vəziyyəti bir müddət yaxşı olsa da, yenidən pisləşdi. İnanın, elə bir aydır xəstəxanalarda qalmışıq. Həkimlər övladımın bağırsaq keçirməzliyi olduğunu deyir. Allergik uşaqdır, allergiyası yenidən artıb, bütün bədəni səpki içindədir. Bir neçə gündür evə gəlmişik, temperaturu düşmür. Həkimə getməyə imkanımız yoxdur".
Gənc ana övladı üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib:
"Biz 10 ildən çoxdur evliyik, 10 il idi, mən övlad həsrəti çəkirdim. İllərdir, çox ağır müalicələr, əməliyyatlar keçirmişəm. İnanın, vəziyyətimiz o qədər çətindir ki, körpəyə yemək almaqda çətinlik çəkirik. Borcun, xərcin içində batırıq. Yardımsevər şəxslərdən mənim övladıma yenidən dəstək olmalarını xahiş edirəm. Sizin izləyicilər mənim övladımın ən pis vaxtında bizim əlimizdən tutdular. Onlara müraciət edib bizi yarı yolda qoymamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 239-46-00.
"Kapital Bank": 4169 7388 3182 3574.
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ