İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç nazirin istefası gözlənilir - Ermənistanda XAOS

İrəvanda Ağsaqqallar Şurasına seçkilərdən sonra Ermənistan hökumətində dəyişikliklərin olacağı gözlənilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

“Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Akop Simidyan istefa verəcəklər. Sanosyanı Sünik vilayətinin qubernatoru Robert Qukasyan, Simidyanı isə deputat Karen Ambarsumyan əvəz edəcək. Seçkilərdən sonra Qnel Sanosyan və Armen Pambuxçyan İrəvan şəhər merininn müavinləri vəzifəsini tutmalıdırlar”, - deyə qəzet qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR