İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç keçmiş sovet ölkəsi ilə əlaqələr kəsildi - Zaxarova açıqladı

Rusiya heç vaxt diplomatik münasibətləri pozmaq təşəbbüsü göstərmir. Baltikyanı ölkələrin düşmən münasibətinə görə bütün dövlətlərarası əlaqələr qırılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baltikyanı ölkələr arasında münasibətlərin tamamilə kəsilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

"Rusiya heç vaxt digər ölkələrlə diplomatik münasibətlərin kəsilməsi təşəbbüsü ilə çıxış etmir, dialoq imkanlarını qoruyub saxlamağa çalışır”, - diplomat bildirib.

Zaxarova əlavə edib ki, dost olmayan dövlətlər normal qarşılıqlı əlaqəni çətinləşdirmək üçün mümkün olan hər şeyi edirlər:

"Bu məsələdə xüsusən də Baltikyanı ölkələr uğurlu oldular. Vilnüs, Riqa və Tallinin açıq düşmən xəttinə görə Rusiya ilə bütün dövlətlərarası, qurumlararası, regional və sektoral əlaqələr kəsilib”../Teleqraf.com/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR