İnsanlara hürriyət, millətlərə istiqlal!

Tvitterin xarici seqmentində İranın molla rejiminə ETİRAZLAR  

İranda molla rejiminin əleyhinə etiraz aksiyaları davam edir. Rejim hələ də etirazlara sərt reaksiya verir, həbslərə davam edir.

Musavat.com xəbər verir ki, bu, sosial şəbəkələrin xarici seqmentində fərqli reaksiyalara səbəb olub.

Tviterin xarici seqmentində 16-17 dekabr tarixlərində İranla bağlı paylaşılan tvitlərə nəzər salaq:

“Amnesty İnternational” təşkilatının Birləşmiş Krallıq bölməsi: “İran hakimiyyətinin etirazçılardan amansız şəkildə intiqam almasına son qoyulmalıdır. Ən azı daha 20 nəfər bu təhlükə ilə üz-üzədir. İranın Birləşmiş Krallıqdakı səfirliyindən İranı bütün etirazçılara qarşı hökmləri və ölüm hökmlərini dərhal ləğv etməyə çağırmağı tələb edirik”.

Jurnalist Omid Memarian: “Onun adı Aida Rostamidir, o, İranda yaralı etirazçılara kömək edən həkimdir. Dekabrın 12-də o, xəstəxanadan çıxıb və bir daha geri qayıtmayıb. Ertəsi gün polis ailəsinə onun qəza keçirdiyini deyib. Rejimin yalanlarına heç kim inanmır. BMT İnsan Hüquqları Şurası, bu mövzunu araşdırın!”.

“Carnegie Endowment” beyin mərkəzinin təhlilçisi Kərim Sacadpur: “İran İslam Respublikasının rəsmi dövlət televiziyası qadınların saçını nümayiş etdirməyi qadağan edib, amma İŞİD-in üslubunu xatırladan bu edam videosunu yayımlayıblar”.

“Human Rights Watch” təşkilatı: “İran qeyri-müəyyən ittihamlarla və ədalətsiz məhkəmələrlə etiraz aksiyaları ilə əlaqədar olaraq həbs olunan iki nəfəri edam edib. İran ölüm hökmlərini ləğv etməli və qorxu yaymaq məqsədi daşıyan bu biabırçı məhkəmələrə son qoymalıdır”.

Amerikalı təhlilçi Hamdi Rifai: “Deyin! Sadəcə deyin ki, İran Güney Azərbaycanda, yəni İran kimi tanınan yerdə azərbaycanlıları qətlə yetirir”.

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“Hüseyn Ronaqi bir çox iranlı üçün qəhrəmandır. Hüseyn kimi aparıcı iranlı dissidentlərin Vaşinqtondakı siyasi debatları öz yaşadıqları reallıqdan ayrı hesab etməsi son dərəcə problemli məsələdir. Bu, İran inqilabçısı Məcidreza Rəhnvardın ictimai şəkildə edam edilməzdən əvvəl etdiyi müraciət idi. Artıq beynəlxalq ictimaiyyətin qüvvədən düşmüş Birgə Hərtərəfli Fəaliyyət Planı sazişini "diriltmək" üçün rejimə resurslar təklif etməyi dayandırmasının vaxtıdır. Həmçinin, onun legitimliyini təmin etməyi də dayandırmalıdır”.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR