İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistandan Transxəzər qaz kəməri ilə bağlı SON DƏQİQƏ açıqlaması 

Türkmənistan Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı hər hansı problem görmür.

Musavat.com xəbər verir ki, bu, Türkmənistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən açıqlamada öz əksini tapıb.

Açıqlamada qeyd olunur ki, Türkmənistan Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan kəmərə öz enerji satışı bazarını şaxələndirmək yolu kimi baxır: "Türkmənistan əmindir ki, kəmərin çəkilməsi ilə bağlı hər hansı siyasi, iqtisadi və maliyyə problemi yoxdur. Əksinə, Transxəzər qaz kəməri iqtisadi baxımdan səmərəli, tamamilə real, Avrasiya regionunda enerji təhlükəsizliyinin, avropalı istehlakçıların dayanıqlı və fasiləsiz qazla təmin olunmasına töhfə verəcək, nəhayət, bütün tərəflərə, o cümlədən tranzit ölkələrə fayda gətirəcək bir layihədir. Buna görə də Türkmənistan tərəfdaşları ilə birlikdə öz enerji axınlarını diversifikasiya edəcək Transxəzər qaz kəmərinin çəkilməsinə sadiqliyini bəyan edir".

Türkmənistan XİN bildirir ki, bəzi Qərb mətbuatı Transxəzər kəmərinin çəkilməsi məsələsinə çox diqqət ayırır. Bu günlərdə Şuşadakı beynəlxalq mətbuat konfransında jutnalistlərin suallarını cavablandırarkən Azərbaycan Prezidenti İlham Əliyev "layihənin təşəbbüskarı və maliyyələşdirəni biz olmayacağıq, biz sadəcə öz ərazimizi və infrastrukturumuzu tranzit ölkə kimi təqdim etməyə hazırıq" deyib: "Bununla əlaqədar bildiririk ki, Türkmənistanın təşəbbüskarı olduğu Transxəzər qaz kəməri ilk əvvəldən yalnız iqtisadi və maliyyə baxımından səmərəli layihə kimi deyil, qlobal enerji təhlükəsizliyinə ciddi töhfə verən, bütün tərəflərin - istehsalçı, tranzitçi və istehlakçıların maraqlarını təmin edəcək bir layihədir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR