Onlayn ictimai-siyasi qəzet
Məşhur amerikalı müğənni Şerin oğlu xəstəxanalıq olub.
Onun həddindən artıq dozada narkotik qəbuluna görə vəziyyəti ağırlaşıb.
48 yaşlı Elayc Blyu Ollman iyunun 14-də səhər saatlarında Kaliforniyada xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, Ollman ciddi həkim nəzarətindədir. Möcüzə nəticəsində sağ qalan oğluna görə müğənni Şer çox narahatdır.
Digər mənbənin sözlərinə görə, Şerin oğlunu polislər xəstəxanaya çatdırıb. Onlar özünü qeyri-normal aparan Ollmanın evə gəliblər. Onun üzərindən narkotik tapıblar və xəstəxanaya aparılıb.
Elayc Blyu Ollman özü əvvəllər narkotik aludəçisi olduğunu etiraf etmişdi. Onun 11 yaşında psixotrop maddələrlə tanış olması hər kəsi şoka salmışdı. O, ilk dəfə deyil ki, həddindən artıq dozada narkotik qəbul edir./Milli.Az
18 Iyun 2025
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ