İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan Türkiyədən türkmənlər üçün müvəqqəti viza rejimi tətbiq etməyi xahiş edib

Türkmənistan türkmənlər üçün müvəqqəti viza rejiminin tətbiqi xahişi ilə Türkiyəyə müraciət edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Türkmənistan XİN-in bəyanatında deyilir.

“Türkmənistan vətəndaşlarının Türkiyə Respublikasında qalma qaydalarının təkmilləşdirilməsi və sistematik əsasda saxlanılması məqsədi ilə Türkmənistan tərəfi Türkiyə Respublikası dövlətinə müvəqqəti olaraq Türkmənistan vətəndaşları üçün müxtəlif kateqoriyalı viza rejiminin tətbiq edilməsi xahişi ilə müraciət edib.”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Türkiyə hakimiyyəti daha öncələr bu fikrin qəti əleyhinə olub. Bu ilin iyul ayının 1-də Türkiyənin vitse-prezident Fuat Oktay Aşqabadda Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovla görüş zamanı məsələ ilə bağlı ölkəsini mövqeyini ifadə edib.

“Bütün türkdilli dünya bizə sərbəst, vizasız gəlir və biz heç kimə məhdudiyyət tətbiq etmək istəmirik”,-deyə Fuad Oktay bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR