İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan: tələbə qızlardan uzun və qalın hörük tələb edilir

Türkmənistanda fəaliyyət göstərən hüquq müdafiəçiləri BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin iclasında ölkədə hüquq və azadlıqların ciddi məhdudlaşdırılmasından danışıblar.

Musavat.com Türkmənistan mediasına istinadla xəbər verir ki, qadın hüquqları ilə bağlı vəziyyət son dərəcə acınacaqlı olaraq qalır. Xüsusi narahatlıq doğuran məqam odur ki, hakimiyyət ənənəvi adlanan dəyərləri qorumaq adı ilə qadınların davranışını və xarici görünüşünü getdikcə məhdudlaşdırırı və onlara nəzarət edir. Bu barədə TİHR-nin rəhbəri Fərid Tuxbatullin danışıb.

Onun sözlərinə görə, indi universitet və kollec tələbələrindən dərsə iki hörüklə gəlmələri tələb olunur ki, bu da müəyyən uzunluqda və qalınlıqda olmalıdır. Təbii hörüklər tələb olunan parametrlərə cavab vermirsə, qızlar süni saç almalıdırlar. Bu hörüklərin ən ucuzları 20 Türkmənistan manatına satılır, amma tez xarab olduğuna görə qızlar yenisini almalı olurlar.

Qızlar başa düşə bilmirlər ki, niyə təhsil ocaqlarında milli adət-ənənələrə uyğunsuzluq bəhanəsi ilə süni kirpik və dırnaq taxılması qadağan edilir, əksinə, süni saç taxılmağa məcbur edilir.

“Qadınlar və qızlar üçün hökumət səviyyəsində qəbul edilmiş bütün qadağalar və tələblər reallıqda gender ayrı-seçkiliyinə və korrupsiyanın artmasına səbəb olur, çünki qadınlar bu yasaqlarıda azad olmaq üçün rüşvət verməyə məcbur olurlar”, - hüquq müdafiəçisi yekunlaşdırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR