İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan Rusiya, Azərbaycan, Qazaxıstanın bütün xəbər saytlarını bloklayıb

Türkmənistan hökuməti “TASS”, “RİA Novosti”, “InoSMI”, “RBK” və Rusiya telekanallarının saytlarına girişi bağlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Azadlıq radiosunun Türkmənistan bürosu (Radio Azatlyk) məlumat yayıb.

Saytın Aşqabaddakı müxbirinin sözlərinə görə, bir neçə gün əvvəl girişi pulsuz olan bütün Rusiya xəbər saytları bloklanıb.

“Bunlar daxil olmaq üçün pulsuz qalan son xarici xəbər saytları idi, indi isə onlar da qalmayıb. İstər saytın özünə birbaşa, istərsə də mobil proqramlar vasitəsilə heç bir giriş mümkün deyil”, - deyə radiojurnalist bildirib.

Qeyd edək ki, bundan az bir müddət öncə Azərbaycan, Qazaxıstan və Qırğızıstan xəbər saytlarına da giriş bağlanıb və ölkədə xəbər axını tamamilə məhdudlaşdırıb.

Bundan başqa, Türkmənistan rəsmiləri bir çox xarici bankların xidmətlərinə, ödəniş sistemlərinə, “Microsoft Store” mağazasına, həmçinin “App Store”un proqramlar və musiqi yükləmək funksiyalarına girişi də qapayıblar.

Türkmənistan mütəmadi olaraq internetə çıxış sürətinə və azadlığına görə dünya reytinqlərində sonuncu yerləri tutur. Ölkədə “Facebook”, “Twitter”, “VKontakte” sosial şəbəkələrinə, həmçinin Youtube videohostinqlərinə və demək olar ki, bütün Qərb xəbər saytlarına giriş bloklanıb. Redaksiyaları xaricdən çalışan “Xronika Turkmenistana” və “Turkmen.news” müstəqil saytlarının ölkə daxilində yayımı mümkün deyil.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR