İnsanlara hürriyət, millətlərə istiqlal!

Türklərin inanc sistemi - islama doğru

Verilişdə Əkbər Nəcəfli ilə qədim türklərin inanc sistemi mövzusunda ətraflı müzakirə aparılıb.

Tədqiqatçı qeyd edib ki, türklərin inanc sistemi kosmos, təbiət və insan arasında harmoniya prinsiplərinə əsaslanırdı. Bu sistemin mərkəzində Tanrı anlayışı dayanır və o, kainatın yaradıcısı və idarəedicisi kimi qəbul edilirdi. Tanrı ilə yanaşı, Yer-Su ruhları, atalar kultu və təbiət qüvvələrinə sitayiş də inanc sisteminin ayrılmaz tərkib hissələri olub.

Orxon-Yenisey yazıları və Oğuznamələrdə bu inancların izləri açıq şəkildə müşahidə olunur. Şamanlar isə dini mərasimlərin icraçısı və ruhani vasitəçilər kimi cəmiyyətdə mühüm sosial funksiyaları yerinə yetirirdilər. Onların vasitəsilə insanlar ilahi aləmlə əlaqə qurmağa çalışır və cəmiyyətin mənəvi tarazlığını qoruyurdular. Qədim türklər üçün ölüm anlayışı bir son yox, ruhun başqa bir varlıq səviyyəsinə keçidi kimi qiymətləndirilirdi. Bu inanc motivləri türklərin mifoloji mətnlərində, xüsusilə qəhrəmanlıq dastanlarında geniş yer alıb.

Əkbər Nəcəfli həmçinin vurğulayıb ki, bu dini-fəlsəfi baxışlar təkcə qədim dövrlərdə deyil, müasir türk dünyasının mədəni və mənəvi dəyərlərinin formalaşmasında da mühüm rol oynayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR