İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə daxil olanların barmaq izləri götürüləcək

Türkiyə ölkəyə daxil olan vətəndaşların barmaq izini almağa imkan verəcək layihə təşkil etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikayaya istinadla yazır.

“Daxili işlər naziri Yerlikaya gələcək üçün əhəmiyyətli bir layihəni açıqlayıb, Türkiyəyə daxil olarkən ABŞ və Böyük Britaniyada olduğu kimi, barmaq izlərinin götürüləcəyini söyləyib”, - nəşr yazıb.

Nazirin sözlərinə görə, bundan başqa, müvəqqəti qoruma statusu almış şəxslərin şəxsiyyət vəsiqələri də çiplənəcək. O, tədbirin suriyalılara da təsir edəcəyini vurğulayıb. Yerlikaya belə sertifikatların saxtalaşdırılmasının mümkün olmayacağını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR