İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin tanınmış jurnalisti İSTİNTAQA ÇAĞIRILDI

Türkiyənin tanınmış jurnalisti Fatih Altaylıya qarşı “cinayəti və cinayətkarı tərifləmək” maddəsi ilə istintaq başladılıb və o, şübhəli şəxs qismində ifadə verməyə çağırılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, F.Altaylı yanvarın 1-də İstanbulda keçirilən Fələstin yürüşündən sonra İsmayıl Aydemiri üzərində gəzdirdiyi bayrağa görə yumruqlayan universitet tələbəsi ilə bağlı sosial media hesabında "Əlinə sağlıq" sözlərini paylaşıb.

İstanbul Baş Prokurorluğu jurnalistlə bağlı araşdırma başladıb.

Məlumata görə, F.Altaylı daha sonra paylaşımını silib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR