Onlayn ictimai-siyasi qəzet
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu meymunçiçəyi virusu ilə bağlı əhaliyə çağırış edib.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, insanlara diqqətli olmağı, xüsusilə şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edib.
“Ən vacib şey şəxsi gigiyenadır. Həmçinin, biz həm sərhədlərdə, həm də ölkə daxilində lazımi tədbirlər görmək, o cümlədən vaksinasiya prosesi həyata keçirmək iqtidarındayıq. Ona görə də qorxuya, panikaya ehtiyac yoxdur. Hələ ki, memymunçiçəyi diaqnozu qoyulmuş xəstəmiz yoxdur. Olarsa da, öhdəsindən gələrik”, - nazir bildirib.
O qeyd edib ki, Türkiyə həm meymunçiçəyinin, həm də digər yoluxucu xəstəliklərin yayılma ehtimalına hazırdır.
Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpoks (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-nin son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ