İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin müdafiə naziri: İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaq halına gəlib

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK terrorçularına münasibətdə ikili davranışına reaksiya verib. 

Musavat.com "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Yaşar Gülər deyib: "Biz İran sərhədində terrorçularla vuruşuruq, sərhədi keçirlər, iranlı dostlarımıza deyirik, baxın, qardaşım bu nöqtəni keçiblər, dronla onları izləyirik.

İranlı dostlarımız isə cavab verirlər ki, biz əraziyə nəzarət edirik, orada terrorçu yoxdur. Bu, yaxşı yanaşma deyil. Biz burada iranlı dostlarımızla görüşürük. Hər dəfə buna müsbət yanaşırlar, amma nəticə əldə etmirik". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR