İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin müdafiə naziri azərbaycanlı uşaqlarla söhbət edib - FOTO

Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı uşaqlarla söhbət edib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, nazir Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 18 Mart Şəhidlər Günü və Çanaqqala Dəniz Zəfərinin 107-ci ildönümü münasibətilə keçirilən mərasimdən sonra şəhidlərin məzarlarını ziyarət edib, məzarları üzərinə qərənfillər qoyub.

Akar burada azərbaycanlı uşaqlarla şəkil çəkdirib və onlarla söhbət aparıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR