İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin məşhur yazarından Pelosiyə SƏRT SÖZLƏR: “küpəgirən qarı”ya təslim edilib

Türkiyənin məşhur yazarlarından, “Sabah” qəzetinin analitiki Mehmet Barlas bugünkü köşə yazısında ABŞ hökumətinə və Nensi Pelosiyə qarşı sərt ifadələr işlədib.

Musavat.com “Sabah” qəzetinə istinadən onun məqaləsindən bir hissəni təqdim edir.

“Dünyanın bütün bölgələrində qarışıqlıq yaradan, oyuncaq dövlətlər vasitəsilə müxtəlif bölgələri təhdid edən ABŞ indi də problemli bölgələrə Nensi Pelosi adlı “küpəgirən qarı”nı göndərməyə başlayıb. Rəsmi vəzifəsi Nümayəndələr Palatasının sədri olan Nensi Pelosi dünən Ermənistanda olub.

Xatırladaq ki, o, əvvəllər Çini təxribata çəkmək üçün Tayvana getmişdi. “İfritə” titulunu daşıyan Pelosi dünən Ermənistandakı qondarma soyqırım abidəsini ziyarət edərkən Türkiyədən danışıb. Burada o, “İllərdir davam edən münaqişələrə görə Türkiyə və Azərbaycanın məsuliyyət daşıdığını söylədik” cümləsi ilə NATO-dakı müttəfiqini hədəf alıb.

ABŞ-ın girdiyi hər bölgədə qan tökülməsinə, qarışıqlığa səbəb olan siyasətinə bir də bu “küpəgirən qarı”nı qatması həqiqətən maraqlıdır.

Onsuz da ABŞ prezidenti Co Bayden əqli qabiliyyəti sorğu-sual edilən bir şəxsdir. Avropanın siyasətsizliyi və yanğını şiddətləndirmək siyasəti də göz qabağındadır”, - deyə Mehmet Barlas yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR