İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Mərsin vilayətində altı terrorçu saxlanılıb

Türkiyənin Mərsin vilayətində PKK terror təşkilatına qarşı aparılan əməliyyat nəticəsində daha altı terrorçu saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslərin Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında “Pəncə-Kilit” şərti adı altında aparılan antiterror əməliyyatlarında iştirak edən hərbiçilərə qarşı bombalı hücum hazırladıqları müəyyən edilib.

Daha 12 PKK terrorçusu isə Suriya ərazisində, “Sülh çeşməsi” və “Fərat qalxanı” antiterror əməliyyatlarının keçirildiyi bölgədə zərərsizləşdirilib.

Bununla bağlı isə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR