İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin beş mühafizəçisi – Onlar kimlərdir?

Yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetin əks-sədası dinmək bilmir.

Seçki dövründə Türkiyəni yaxından izləyən Yunanıstan yeni dönəmdə Afinanı nələrin gözlədiyi sualına cavab axtarır.

Yunanıstanın "Katmerini" qəzetindən diqqətçəkən analiz gəlib. Nəşr Ərdoğanın yeni komandasını incələyib. Qəzet Türkiyə liderinin yanında yer alan beş ismə daha çox diqqət ayırıb.

"Katmerini"nin "beş mühafizəçi" adlandırdığı siyahının başında yeni xarici işlər naziri Hakan Fidan yer alıb.

"Analitiklər iddia edirlər ki, Fidan MİT-i və onun fəaliyyət sahələrini vəzifəyə gələndə heç kimin təsəvvür edə bilməyəcəyi şəkildə inkişaf etdirib", - məqalədə deyilir.

İbrahim Kalının Fidanın qalxdığı MİT rəhbəri kreslosunda əyləşdiyini xatırladan qəzet onun Ərdoğanın başqa bir sirdaşı olduğunu yazıb:

"Kalın və Fidan Ərdoğanın xarici liderlərlə görüşlərində, xüsusilə telekonfrans və telefon danışıqlarında həmişə bir yerdə olublar. ABŞ universitetlərində təhsil almış hər iki şəxsin öz sahələrində Türkiyənin beynəlxalq əlaqələrini formalaşdırmağa davam edəcəyi gözlənilir".

"Katmerini" maliyyə naziri Məhmət Şimşəkin də Türkiyənin gələcəyində mühüm rol oynayacağını vurğulayıb:

"Beynəlxalq və böyük maliyyə qurumlarında karyerası olan Şimşəkin gücü ABŞ bankları və şirkətlərində uzun müddət çalışmış 41 yaşlı Qayə Ərkanın Mərkəzi Bankın idarəçiliyini ələ almasını istəməsi ilə göründü.

Ərkan Türkiyə Mərkəzi Bankının rəhbərliyinə gələn ilk qadındır. İlk həmləsi xarici ehtiyatların xərclənməsini dayandırmaq oldu. Növbəti addımın uçot dərəcələrində artım olacağı gözlənilir".

Eyni məqalədə yeni müdafiə naziri Yaşar Gülər ​​üçün bu şərhə yer verilib:

"İndiyədək Silahlı Qüvvələrin rəhbəri olan Türkiyə müdafiə naziri Yaşar Gülər ​​sələfi Hulusi Akar kimi danışqan adam kimi görünmür. Gülər etibarlı, bacarıqlı və sərt bir hərbçi kimi tanınır. Qarşıdakı dövrdə sələfindən fərqli taktika izləyəcəyi gözlənilir"./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR