İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Avropa İttifaqına yolu sürətlə açılır 

Son günlərdə qardaş Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi yenidən gündəmə gəlib. Buna səbəb də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasıdır.

O, Ankarada Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib ki, Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır.

Ursula von der Leyen də konfransdakı açıqlamalarında qardaş ölkənin Avropa üçün önəmindən danışıb.

Ekspertlər bu açıqlamaların ardından Türkiyənin hazırda Avropa İttifaqına üzv qəbul olunmaq üçün tarixi şans əldə etdiyini vurğulayırlar.

“Əslində, Türkiyə Avropa İttifaqının üzvü olmağı çoxdan haqq edib. Özü də lap uzun illər bundan öncə. Çünki Türkiyə Avropa İttifaqına üzv olan bir çox ölkələrdən də çox Avropanın və Qərbin təhlükəsizliyi, sabitliyi, inkişaf üçün işlər görüb”.

64e352757d57064e352757d571169261.jpg (118 KB)

Bunu Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O qeyd edib ki, bütün bunlara baxmayaraq qardaş ölkə hələ də Avropa İttifaqına üzv ola bilməyib:

“Ona görə ki,  Qərbin bəlli dairələri, xüsusilə də antitürk, antimüsəlman dairələri Türkiyəni özlərinin təbirincə yanaşsaq “xristian klubu” kimi gördükləri Avropa İttifaqının üzvü olmasını istəmirlər. Ona görə də Türkiyəyə qarşı süni maneələr ortaya atılır. Nəticədə də biz görürük ki, Türkiyədən illər sonra Avropa İttifaqına üzlüyə müraciət edən ölkələr dərhal bu birliyin üzvlüyünə qəbul edilir, amma Türkiyə hələ gözlədilir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR