İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 3 şəhərində antiterror əməliyyatı keçirildi - Xeyli sayda saxlanılan var

İstanbul, Bursa və İzmir şəhərlərində antiterror əməliyyatı keçirilib.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki,  ölkənin Terrorla Mübarizə Şöbəsi (MLKP) silahlı terror təşkilatının gənclər qanadı olan Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) fəaliyyətini müəyyən etmək üçün genişmiqyaslı araşdırmalara başlayıb.

Aparılan araşdırmalar nəticəsində təşkilat daxilində fəaliyyət göstərdiyi aşkar edilən 14 nəfər şübhəlinin şəxsiyyəti və ünvanı təsbit edilib.

Məlumata görə, artıq 14 nəfər haqqında həbs qərarı çıxarılıb.

Əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilən 14 şübhəlidən 11-i saxlanılıb.

Digər 3 şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR