İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli nazir: “Zəlzələdən keçən 3,5 ayda 11 rayonda 185 min mənzilin bünövrəsi qoyulub”

“Zəlzələdən keçən 3,5 ayda 11 rayonda 185 min mənzilin bünövrəsi qoyulub”.

“Report”un Türkiyəyə ezam olunan əməkdaşının xəbərinə görə, bunu ətraf mühit və şəhərsalma naziri Murad Kurum hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, sabahdan etibarən Türkiyənin ən böyük və ən güclü dövrü başlayacaq:

“Mayın 28-də gələcəyə ümidlə baxan gənclərimiz, güclü Türkiyə arzulayan xalqımız qazanacaq.

“Cümhur İttifaqı”nın parlamentdəki qələbəsini həzm edə bilməyənlər zəlzələdən əziyyət çəkən insanlarımızı təhqir etdi. CHP heç vaxt Anadolu insanını anlamadı. Ona görə də biz nə Anadolunu, nə də xalqımızı bunların insafına buraxmayacaq”.

“Zəlzələdən keçən 3,5 ayda 11 rayonda 185 min mənzilin bünövrəsi qoyulub. Bu, xalqımızla bərabər liderimizin uğurudur. Bizi axtaranlar Antalyada yanğınlarda, zəlzələ bölgələrində tapa bilər. Çünki biz hər zaman millətimizlə əl-ələ xalqımız üçün ən yaxşı olanı etməyə çalışırıq”, - M.Kurum vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR