İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur jurnalist Hıncal Uluç 83 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, Uluç reanimasiyaya yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

İki böyrəyini də itirən media nümayəndəsi bir müddət əvvəl qan zəhərlənməsinə görə müalicə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Hıncal Uluçun vəfatı ilə bağlı başsağlığı verib.

Jurnalistlik fəaliyyətinə 17 yaşında başlayan Uluç 1990-cı ildən “Sabah” qəzetində köşə yazıları yazır.

Qeyd edək ki, Hıncal Uluç "A Spor" telekanalında şərhçi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR