İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna ekspertdən cavab - VİDEO

Türkiyənin “FOX TV” telekanalına açıqlama verən geofizik Tuncay Taymazın “Bakıdan Kiprə qədər tektonik yerdəyişmələr olacaq” deməsi neçə gündür ki, insanlar arasında  təşviş yaradıb.

Qeyd edək ki, o, Türkiyədə baş verən zəlzələləri təhlil edən zaman paytaxtımızda da zəlzələ baş verə biləcəyini vurğulayıb.
Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a bildirdi ki, Bakı da  həmin dalğanın üstündədir:" Bakı da, İran da dalğanın üstündədir. Bu bir nöqtə deyil. Burada filan nöqtədə zəlzələ olacaq demək çətindir. Əvvəlcədən heç vaxt danışa, fikir söyləyə bilmərəm. Bunun məsuliyyətini daşımıram. Təsəvvür edin ki, iki nəhəng  kütlə baş başa dayanıb, bir-birini sıxır. Heç kim bilmir ki, bunun hansı qabağa gələcək. Bunun mahiyyətini bilən hər kəs hər sözünün məsuliyyətini daşıyır. Sadəcə olaraq onu deyə bilrərəm ki, narahatlıq yoxdur. Bakıda heç vaxt 8-9 bal gücündə zəlzələ olmayıb, inşallah bundan sonra da olmaz". 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR