İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli atıcı Yusuf Dikeç Lamiyəni bu VİDEO ilə təbrik etdi

Paris-2024-də əks-səda yaradan türkiyəli atıcı Yusuf Dikeç Azərbaycanın paraatleti Lamiyə Vəliyevanı təbrik edib.

Musavat.com xəbər verir ki, o vidoemüraciətində bunları deyib: “Lamiyə, Olimpiya oyunlarındakı bu uğurundan dolayı səni ürəkdən təbrik edirəm. Gözəl ölkəm Türkiyədən qardaş ölkə Azərbaycana salamlar göndərirəm".  

Qeyd edək ki, Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. İdmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib. O, finiş xəttini 55,09 saniyəyə keçib.

Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR