Onlayn ictimai-siyasi qəzet
Türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci koronavirus peyvəndinin ardından xərçəngə qarşı peyvənd üçün işlərini davam etdirirlər.
Medianews.az xəbər verir ki, türkiyəli alimlərin xərçəng xəstəliyinə qarşı hazırladıqları peyvəndin maraqla gözlənilən ilk mərhələsinin nəticələri ortaya çıxıb.
Nəticələrin uğurlu olması sevinclə qarşılanıb. Hazırda xərçəng xəstəliyinə qarşı peyvəndlər üzərində çalışan elm adamları bunu böyük uğura gedən yol adlandırıblar.
NTV-də yayımlanan xəbərə görə, Şahin və Türeci tərəfindən hazırlanan xərçəng peyvəndinin ilk mərhələ nəticələri açıqlanıb. Bildirilib ki, Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) bu yaxınlarda Çikaqoda keçirilən illik konfransında təqdim olunan xərçəng peyvəndi immunitet sistemini şiş hüceyrələrinə hücum etməyə və xəstəliyi uğurla dəf etməyə qadirdir.
BioNTech-in təsisçiləri Nyu-Yorkda həkimlərlə mədəaltı vəzi xərçəngi xəstələri üçün hazırlanmış peyvənd haqqında da görüşlər keçiriblər. Mədəaltı vəzi xəstələrinin təxminən 20 faizinin cərrahiyyə əməliyyatı üçün uyğun olduğu açıqlanan araşdırmada tədqiqatçılar onların şişlərini təhlil edərək çoxlu sayda immun hüceyrəyə, xüsusilə də bədəni infeksiyadan qoruyan və xərçənglə mübarizə aparmağa kömək edən T hüceyrələrinə malik olduqlarını aşkar ediblər.
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ