İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan qapıçı həlak olub

Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.

Musavat.com "report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.

O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR