Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Balıkəsir vilayətində baş vermiş zəlzələ ilə bağlı açıqlama verib.
Nazir bildirib ki, təbii fəlakət nəticəsində 16 bina uçub və 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda xilasetmə və təmir işləri davam etdirilir, əlaqədar qurumlar hadisə yerində səylərini artırıb. Nazir vətəndaşlara səbir və ehtiyatlı olmaları barədə çağırış edib.
Bir nəfərin dağıntılar altında qalaraq dünyasını dəyişdiyini bildirib.
***
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən güclü zəlzələ nəticəsində 10-dan çox bina dağılıb.
Musavat.com xəbər verir ki, Sındırgı bələdiyyə sədri Serkan Sak açıqlamasında, “Güclü sallandıq. Hal-hazırda fəlakət zonasındakı bir neçə yer dağılıb, ümumilikdə 10-dan çox bina zərər görüb. Dağıntılar altında qalan 6 nəfərdən 4-ü xilas edilib. Mərkəzdə, kaymakamlıq binasının yaxınlığında da bir bina dağılıb,” deyib.
Hadisə yerində xilasetmə və axtarış işləri davam edir. Rəsmi qurumlar bölgədəki vəziyyəti yaxından izləyir və vətəndaşları təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.
Musavat.com xəbər verir ki, xilasetmə işlərinə müxtəlif qurumlardan çoxsaylı qüvvə cəlb olunub.
Sındırgı və ətraf bölgələrdə zəlzələ nəticəsində yaranan dağıntı və vəziyyətlə bağlı əlavə məlumatlar gəlməkdədir. Hadisə ilə bağlı rəsmi açıqlamalar davam edir.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ