İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə zəlzələdən zərər çəkənlər üçün tikilən evlər - FOTOLAR

Türkiyənin Hatay şəhərində zəlzələdə ciddi ziyan dəymiş binaların sökülməsi və dağıntıların təmizlənməsi davam edərkən, digər tərəfdən kəndlərdə yaşayanlar üçün evlər tikilir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 14 rayonda Tikinti İşləri Baş İdarəsi tərəfindən müəyyən edilən ərazilərdə tikiləcək 6 min 847 ev üçün tender keçirilib.

Qeyd olunub ki, tikintisinə başlanılan 2242 evin noyabrın sonunda təhvil verilməsi planlaşdırılır.

Belə ki, zəlzələyə davamlı 3+1 tək mərtəbəli, bəzi yerlərdə torpaq quruluşuna görə 2 mərtəbəli evlər noyabr ayının sonundan etibarən fəlakət qurbanlarına veriləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR