İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar

Bakıda bir qrup vətəndaş aldadılıb.

Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər.

Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdiyi həmin şirkət vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib.

Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub.

Zərərçəkənlərdən bəziləri pulu qeyri-rəsmi qaydada verdiklərini desələr də, aralarında notarial təsdiqlə ödəniş edənlər də var.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR