İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötdü

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer bildirib.

O qeyd edib ki, yaralıların sayı isə 107 204 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR