İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yaşanan faciədən ürəkağrıdan görüntülər: Atasından xəbər ala bilməyən gənc belə ağladı - VİDEO

 

Tükiyənin Bartın vilayətində baş verən mədən faciəsindən ürəkağrıdan görüntülər yayılmaqda hələ də davam edir.

Musavat.com xəbər verir ki, mədəndə baş verən partlayışda qapalı qalan atasından şad xəbər gözləyən gəncin görüntüləri izləyənləri kövrəldib.

Gəncin 15-20 saniyəlik görüntüsündə atasının mədənçi dostlarını qucaqladığı və "mən bu acıya dayana bilmərəm" dedikdən sonra göz yaşı tökdüyü görünür.

Digər tərəfdən, Bartında mədəndə baş verən faciəvi hadisə zamanı mədəndə çalışan 28 işçinin həyatını itirdiyi öyrənilərkən, içəridə qapalı qaldığı bildirilən 15 nəfər üçün işlərin davam etdiyi açıqlanıb.

Partlayışdan sonra mədən önünə toplaşan ailələrin həyəcanlı gözləməsi davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2024

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR