İnsanlara hürriyət, millətlərə istiqlal!

Quterreş: BMT TŞ-dəki fikir ayrılıqları effektiv qərarların qəbuluna mane olur

Geosiyasi fikir ayrılıqları BMT Təhlükəsizlik Şurasının (TŞ) effektiv qərarlar qəbul etməsinə mane olur.

Bu barədə BMT Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasında keçirilən açıq debatda bildirib.

“Geosiyasi fikir ayrılıqları effektiv qərarlar qəbul olunmasına mane olmağa davam edir. Vahid şura dünya üçün böyük işlər görə bilər, bölünmüş şura isə bunu edə bilməz. Şura üzvlərinin qarşılıqlı anlaşmaya nail olmaq üçün mümkün hər şeyi etmələri çox vacibdir”, - o deyib.

Quterreş vurğulayıb ki, BMT TŞ daha əvvəl 3 qitədə 11 sülhməramlı əməliyyata nəzarətdən tutmuş humanitar yardım axınının dünyanın qaynar nöqtələrinə çatdırılmasına kömək edən qətnamələrə qədər effektivliyini sübuta yetirib.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR