Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici iqtisadi müqavilələr üzrə hesablaşmalarında yaranan problemi müəyyən qədər daha çox rus rublunun istifadəsi hesabına həll olunub.
Musavat.com xəbər verir ki, bu məlumatı prezident Vladimir Putin açıqlayıb.
Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdiriləcək: “Həm ixrac, həm də idxal mallarının dəyərinin ödənilməsi çətinləşib. Biz bu problemi müəyyən dərəcədə həll edə bilmişik. Xarici ticarətimizdə toksik valyutaların(dollar və avro nəzərdə tutulur – red.) ötən illə müqayisədə iki dəfə azalıb, rublla ödənişlərin payı isə 40 faizə yaxınlaşır. Biz bu sahədə işimizi davam etdiririk, xarici həmkarlarımızla birlikdə milli valyutalardan daha geniş istifadə etməyi, ödəniş sistemləri üzrə klirinq formasında hesablaşmaları həyata keçirməyi və s”.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın sanksiyalı mallar üzrə ticarət əməliyyatlarının maliyyələşdirilməsində iştirak edək xarici ölkə banklarına, həmçinin öz ərazisində Rusiya bankının törəməsinin açılmasına imkan yaradan ölkələrə ikincili sanksiyalar barədə xəbərdarlıq etdikdən sonra Rusiyanın idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi kəskin şəkildə pisləşib. Hətta Çin bankları da bu prosesdən kənarlaşmağa başlayıblar...
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ